BƏƏ səfiri: Azərbaycan COP-29 təşkilatçılığını uğurla yerinə yetirəcək

BƏƏ səfiri: Azərbaycan COP-29 təşkilatçılığını uğurla yerinə yetirəcək
# 26 dekabr 2023 18:06 (UTC +04:00)

Biz Birləşmiş Ərəb Əmirlikləri olaraq səmimi şəkildə öz təcrübəmizi sizinlə bölüşməyə hazırıq.

APA xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən “Azərbaycan təbiəti” kitabının təqdimat mərasimində deyib.

“Bildiyiniz kimi, bu il Birləşmiş Ərəb Əmirlikləri COP-28-ə ev sahibliyi etdi. Bununla da BƏƏ sübut etdi ki, təbiəti qorumaq üçün biz birləşə və onun mühafizəsi istiqamətində iş görə bilərik. Təbiət özü özlüyündə həyatdır. Onu daha yaxşı qorumaq elə daha yaxşı həyat deməkdir. İnsanlar təbiəti çirkləndirməyə, istehlak etməyə davam edirlər. Lakin biz hamımız təbiətin dəyərini və onunla harmoniyada yaşamağı bilməliyik", - səfir bildirib.

O qeyd edib ki, Azərbaycan nümayəndə heyətini və Prezident İlham Əliyevi COP-28-də qəbul etmək BƏƏ üçün böyük şərəf idi.

“Eyni zamanda, COP-29-un təşkilatçılığı ilə bağlı qardaş ölkə Azərbaycana uğurlar diləmək istəyirəm. Şübhə yoxdur ki, Azərbaycan bu təşkilatçılığı uğurla həyata keçirəcəkdir”, - diplomat qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR