Peskov: "Putinin avqustda Bakıya səfəri üzərində iş gedir"

Peskov: "Putinin avqustda Bakıya səfəri üzərində iş gedir"
# 06 iyul 2016 12:38 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri avqust ayında baş tuta bilər.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

D. Peskov deyib ki, Rusiya prezidentinin İran və Azərbaycan prezidentləri ilə üçtərəfli görüşdə iştirak etmək üçün avqust ayında Bakıya səfər etməsi imkanları üzərində iş gedir.

Xatırladaq ki, bu ilin avqustunda Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR