Deformasiyaya uğramış avtomobillərdən 7 nəfər xilas edilib

Deformasiyaya uğramış avtomobillərdən 7 nəfər xilas edilib
# 07 iyul 2016 15:40 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qobustan rayonu, Bakı-Şamaxı yolunun 86-cı kilometrliyində vətəndaşlara məxsus 2 ədəd "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobillərdə sıxılmış vəziyyətdə qalmış 7 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR