Mərakeş Krallığının Xüsusi Elçisi: Biz istəyirik ki, COP29-da yaşıl enerjiyə ədalətli keçid təşviq edilsin

Mərakeş Krallığının Xüsusi Elçisi: Biz istəyirik ki, COP29-da yaşıl enerjiyə ədalətli keçid təşviq edilsin
# 15 mart 2024 11:02 (UTC +04:00)

COP sadəcə geosiyasi mexanizm, alət deyil, bu gələcəkdir, planetimizin gələcəyidir. Bütün bunlar bizim gələcəkdə necə bir planetə sahib olacağımızla bağlıdır.

APA xəbər verir ki, bunu XI Bakı Qlobal Forumunda "Liberal International"ın prezidenti, Mərakeş Krallığının 2015-2017-ci illərdə İqlim Dəyişikliyi üzrə Xüsusi Elçisi Hakima El Haite deyib.

“Əgər biz qalıq yanacağa bu qədər vəsait ayırırıqsa, yaşıl enerjiyə necə keçəcəyik?! Paris sazişindən bəri sözlər, vədlər veririk, bütün COP-larda optimistik olduğumuzu deyirik. Ancaq biz reallığı görməli və praqmatik olmalıyıq. Məsələ yalnız maliyyə ilə bağlı deyil, bizim məsuliyyətə, həmrəyliyə, şəffaflığa ehtiyacımız var. Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29-da yaşıl enerjiyə ədalətli keçid, şəffaflıq təşviq edilsin. Paris sazişini biz vətəndaşlıq sazişinə çevirməliyik, çünki bu, planetimizlə, bəşəriyyətin gələcəyi ilə bağlıdır”, - Hakima El Haite əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR