Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb
# 27 yanvar 2020 15:23 (UTC +04:00)

Azərbaycandan Həcc ziyarətinə getmək üçün sənəd qəbuluna başlanılıb.

Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək.

QMİ-dən həmçinin bildirilib ki, bu il kvotanın sayı 1500, Həcc ziyarətinin qiyməti isə 4490 ABŞ dolları olacaq.

Qeyd edək ki, 2019-cu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota ayrılıb və ziyarətin qiyməti 4285 ABŞ dolları təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR