Rusiyalı nazir: COP29-un uğuruna tam əminik

Rusiyalı nazir: COP29-un uğuruna tam əminik
# 07 mart 2024 14:21 (UTC +04:00)

Rusiya COP29-un uğuruna tam əmindir, lakin bunun baş verməsi üçün çox iş görülməlidir.

APA-Economics” xəbər verir ki, bu barədə Bakıda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşün nəticələrinə görə keçirilən brifinq zamanı Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.

İqlim gündəliyi mövzusu bizim üçün çox vacibdir, çünki bu il Azərbaycan COP29-a liderlik edir. Bu, böyük bir iqlim konfransıdır (...) Biz COP29-un uğuruna tam əminik, lakin buna nail olmaq üçün hələ çox iş görülməlidir", - nazir qeyd edib.

Onun sözlərinə görə, iqlim və iqtisadiyyat məsələləri bir-birinə son dərəcə bağlıdır. Bu halda söhbət enerji resurslarının əlçatanlığından, ticarət maneələri məsələlərindən gedir. Buraya Paris sazişi çərçivəsində qarşıya qoyulmuş məqsədlərini yerinə yetirmək məsələsi də daxildir.

"Biz inkişaf etmiş bazarların, inkişaf etməkdə olan ölkələrin, karbohidrogen ixracatçılarının və “yeni” enerji texnologiyalarının təchizatçılarının çox fərqli maraqları arasında kompromis tapmaq üçün əsas kommunikator kimi Azərbaycanın qarşısında duran çətin vəzifəni başa düşürük", - Maksim Reşetnikov vurğulayıb.

O əlavə edib ki, bu kontekstdə dialoq və daimi ünsiyyət çox vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR