UN-Habitat-ın icraçı direktoru: COP29 iqlim dəyişikləri ilə bağlı əməli nəticələr əldə etməyimizə töhfə verəcək

UN-Habitat-ın icraçı direktoru: COP29 iqlim dəyişikləri ilə bağlı əməli nəticələr əldə etməyimizə töhfə verəcək
# 15 mart 2024 10:30 (UTC +04:00)

COP29-a qədər iqlim dəyişmələri ilə bağlı bir çox bəyannamələr, sənədlər qəbul olunub və müəyyən nəticələr əldə edilib. Biz bundan sonra da əməli nəticələr görmək istəyirik.

APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Maimunah Mohd Şərif XI Bakı Qlobal Forumunda "Xoş sözlərdən yaxşı əməllərə" adlı panel müzakirəsində deyib.

"Çox güman edirəm ki, COP29 iqlim dəyişikləri ilə bağlı əməli nəticələr əldə etməyimizə öz töhfəsini verəcək" - Maimunah Mohd Şərif qeyd edib.

O deyib ki, hökumətlər iqlim dəyişikliyi ilə bağlı gələcək nəsillərə faydalı olacaq təşviqedici addımlar atmalıdırlar: "Dünyada təbii fəlakətlər baş verməkdədir. Ölkələr nə edirlərsə, hansı planlar hazırlayırlarsa, onun səmərəli olduğunu isbat etməlidirlər".

"Şəhərlər əhalinin sıx toplaşdığı, bir çox müəssisələrin yerləşdiyi qovşaqdır. 2050-ci ilə qədər şəhərlərdə məskunlaşan əhalinin sayı daha da artacaq. Düzgün şəhərsalma olmasa, biz iqlim dəyişmələri ilə bağlı effektiv nəticə əldə edə bilməyəcəyik", - o çıxışı zamanı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR