Vayra Vike-Freyberqa: COP29-da müzakirə ediləcək məsələlər gələcək üçün faydalı olacaq

Vayra Vike-Freyberqa: COP29-da müzakirə ediləcək məsələlər gələcək üçün faydalı olacaq
# 14 mart 2024 12:36 (UTC +04:00)

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 çərçivəsində müzakirə ediləcək məsələlər və qəbul ediləcək qərarlar, müxtəlif ideya və təkliflər gələcək mühüm hadisələrə töhfə vermək üçün faydalı olacaq.

APA xəbər verir ki, bu gün Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda iştirakı çərçivəsində Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa jurnalistlərə bildirib.

Vayra Vike-Freyberqanın fikrincə, bu forum bir sıra suallara cavab tapa bilmək üçün olduqca əhəmiyyətlidir:

“Dünyada mövcud problemləri həll etmək üçün xalqlar, dövlətlər, ayrıca fərdlər nə edə bilər? Yaranan problemlərin həlli üçün müxtəlif qurumlar, sosial təşkilatlar insanların həll yolları və fikirlərini ifadə etmələrini səbirsizliklə gözləyirlər. Həmin bu fikir və qərarlar bundan sonra dünya üzrə keçiriləcək növbəti tədbirlərdə müzakirə ediləcək”.

Həmsədr həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın ev sahibliyi etməsini də vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, həmin tədbir çərçivəsində müzakirə ediləcək məsələlər və qəbul ediləcək qərarlar, müxtəlif ideya və təkliflər gələcək mühüm hadisələrə töhfə vermək üçün faydalı olacaq.

Ramiz Mikayıloğlu

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR