Bank Of Baku

AIIB Azərbaycanla dəniz daşımaları və aviasiya sektoru üzrə əməkdaşlığı genişləndirəcək

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş direktoru Xiaohong Yang

© APA | Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş direktoru Xiaohong Yang

# 19 iyun 2026 14:48 (UTC +04:00)

Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) Azərbaycanla çox yaxşı əməkdaşlığa malikdir.

Bu barədə "APA-Economics"ə açıqlamasında Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) baş direktoru Xiaohong Yang deyib.

"Ötən il prezidentimiz Azərbaycan hökuməti ilə birgə bəyannamə imzalayıb. Hazırda əsasən nəqliyyat sektorunda işləyirik. Yəni əsas istiqamətimiz dəmir yolları, Bakı metrosunun yaşıl xətti və ADY-nin dairəvi dəmir yollarıdır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Azərbaycan arasında gələcəkdə dəniz daşımaları, eləcə də aviasiya sektoru üzrə əməkdaşlığı genişləndirilməsi planlaşdırlır:

"Biz həmçinin Bakı Limanı ilə çox aktiv işləyirik və gələcəkdə dəniz daşımları, eləcə də aviasiya sektoru üzrə əməkdaşlığı genişləndirməyi planlaşdırırıq. Bundan əlavə, enerji sahəsində, Xəzər dənizi yaşıl enerji dəhlizləri üzrə də əməkdaşlıq edirik.
Ümumilikdə, Azərbaycanla əməkdaşlıq çox perspektivlidir və biz burada uzunmüddətli tərəfdaşlığı davam etdirməyi gözləyirik".

"Bundan əlavə qeyd etmək istərdim ki, biz ötən həftə Bakı üçün 180 milyon dollarlıq bir depo layihəsi imzaladıq. Hazırda Bakı metrosu ilə bağlı əlavə təxminən 700 milyon dollarlıq layihə üzərində işləyirik. Həmçinin ADY ilə də əməkdaşlıq davam edir. Ümumilikdə həm dövlət, həm də özəl sektor üzrə bir çox yeni layihələr gözlənilir", - Xiaohong Yang bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR