Bank Of Baku

Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam gücü ilə fəaliyyət göstərir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

© APA | Gürcüstanın Baş naziri İrakli Kobaxidze

# 09 oktyabr 2026 11:52 (UTC +04:00)

"Nəqliyyat marşrutlarının dəyişdiyi və "Orta Dəhliz"ə marağın artıdığı bir dövrdə dəmir yollarının rolu getdikcə daha böyük əhəmiyyət əldə edir".

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze 10 oktyabr - Dəmiryolçular Gününə həsr olunan tədbirdə çıxışında deyib.

Onun sözlərinə görə, modernləşdirilmiş, müasir və effektiv dəmir yolu sistemi Gürcüstana tranzit rolunu daha da möhkəmləndirməyə imkan verir.

Baş nazir nəqliyyat infrastrukturunun inkişafının Gürcüstan üçün əsas prioritet olduğunu vurğulayaraq, 2032-ci ilə qədər bu sahəyə ümumilikdə yeddi milyard ABŞ dolları məbləğində investisiya qoyulacağını bildirib.

Hökumət başçısı, həmçinin Bakı-Tbilisi-Qars layihəsinin tamamlandığını və bu dəmir yolu hissəsinin tam gücü ilə fəaliyyət göstərdiyini əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR