Bank Of Baku

Kürşad Zorlu: Orta Dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər

Kürşad Zorlu

© APA | Kürşad Zorlu

# 16 sentyabr 2026 10:44 (UTC +04:00)

"Orta Dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər".

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının aparıcı milli analitik mərkəzlərinin II Beynəlxalq Konfransında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Ankara millət vəkili Kürşad Zorlu bildirib.

O qeyd edib ki, Orta Dəhliz yalnız Çindən Avropaya uzanan alternativ nəqliyyat xətti kimi qiymətləndirilməməlidir.

“Orta Dəhliz yalnız dəmir yolu xətti və logistika marşrutu deyil. Düzgün siyasətlərlə bu dəhliz iqtisadi inkişaf zolağına çevrilə bilər”, – deyə K.Zorlu vurğulayıb.

Onun sözlərinə görə, Xəzər keçidi ilə Şərq və Qərb arasında təhlükəsiz və dayanıqlı nəqliyyat bağlantısı yaradılır, eyni zamanda türk dünyasının qlobal iqtisadiyyata daha güclü inteqrasiyası təmin olunur.

K.Zorlu bildirib ki, Orta Dəhlizin inkişafı üçün logistika infrastrukturunun uyğunlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi və vahid pəncərə sistemlərinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, Dünya Bankının təhlillərinə əsasən, zəruri infrastruktur investisiyaları, rəqəmsal həllər və logistika koordinasiyası təmin olunarsa, Orta Dəhliz üzrə ticarət həcmi növbəti 30 il ərzində 3 dəfəyə qədər arta bilər.

Kürşad Zorlu bildirib ki, bu proqnozlara əsasən, Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında ticarət 37%, həmin ölkələrlə Avropa İttifaqı arasında ticarət isə 78% arta bilər.

O əlavə edib ki, Bakıdan Aktauya, Qazaxıstandan Türkiyəyə uzanan Orta Dəhliz yalnız malların daşındığı marşrut deyil, investisiyaların, istehsalın və texnologiyaların cəmləşdiyi iqtisadi məkana çevrilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR