Bank Of Baku

Tovuzda top mərmisi tapılb

Tovuzda top mərmisi tapılb
# 12 aprel 2019 06:43 (UTC +04:00)

Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində 1 ədəd mərmi tapılıb.

ONA Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) istinadən xəbər verir ki,  məlumat "102" Xidməti-Zəng mərkəzi sistemindən daxil olub.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib.

Nəticədə 1 ədəd 85 mm-lik top mərmisi (BR-365K) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR