Azərbaycan paytaxtında hərbi paradın baş məşqi iyunun 24-də keçiriləcək

Azərbaycan paytaxtında hərbi paradın baş məşqi iyunun 24-də keçiriləcək
# 22 iyun 2013 16:42 (UTC +04:00)
Bu barədə APA-ya paradda iştirak edən Azərbaycan Silahlı Qüvvələrinin zabitləri məlumat veriblər.

Təlim məşqləri saat 16:00-da başlayacaq. Əvvəlcə paradda iştirak edən heyətin, daha sonra isə hərbi texnikanın tribuna önündən keçidi olacaq.

Baş məşqlə əlaqədar olaraq, paytaxtın Neftçilər prospektində həmin müddətdə Xalça Muzeyi qarşısından Azadlıq meydanına qədər olan hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Baş məşqdə Silahlı Qüvvələrin və paradda təmsil olunacaq digər hərbi qurumların rəhbərlərinin iştirakı gözlənilir.

Paradın baş məşqinin iyunun 23-də keçiriləcəyi gözlənilirdi. Baş məşqə əvvəlki məşqlərdə çıxmayan hərbi texnikaların da çıxarılması nəzərdə tutulur.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR