Bakıda biri qadın olmaqla axtarışda olan 3 nəfər tutulub

Bakıda biri qadın olmaqla axtarışda olan 3 nəfər tutulub
# 19 iyun 2014 07:30 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda axtarışda olan 3 nəfər tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Metropolitendə Polis şöbəsinin əməkdaşlarının və Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olanlar Xırdalan şəhər sakini, 1992-ci il təvəllüdlü Ruhiyyə Quliyeva və 1985-ci il təvəllüdlü Ufat Aslanov tutulublar.

Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan 1984-cü il təvəllüdlü Rəşad İsgəndərli tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR