APA-nın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bunu bu gün parlament nümayəndələri və qubernatorlarla görüşdə Gürcüstan prezidenti Mixail Saakaşvili deyib.
Prezident bu cür məsələlərdə hökuməti ehtiyyatlı olmağa çağırıb: “Sizə məlumdur ki, dünən və srağagün Gürcüstanda prezident İlham Əliyevə opponent olmaq istəyənlər Moskvadan buraya gəlib toplantı keçiriblər. Hamının siyasi fəal olmaq haqqı var. Biz demokratik, azad ölkəyik, lakin çox gözəl bilirik ki, məhz Rusiya Federasiyasında bu insanları idarə edirlər və maliyyələşdirirlər. Bu insanlar onlar tərəfindən konkret məqsədlə, Azərbaycanda siyasi stabilliyi pozmaq üçün ortaya atılıblar. Amma bilməliyik ki, Azərbaycanın siyasi stabilliyi Gürcüstanın da siyasi stabilliyini şərtləndirir”.
M. Saakaşvili Gürcüstanın kiçik, həssas vəziyyətdə olan dövlət olduğunu xatırladıb: “Bizim ərazimiz qonşularımızın əleyhinə siyasi manipulyasiya üçün istifadə olunmamalıdır. Bu məsələdə çox ehtiyatlı olmalıyıq”.
Gürcüstan Prezidenti Milli Şuradan danışıb: “Onlar Azərbaycanda siyasi stabilliyi pozmaq üçün ortaya atılıblar“
01 avqust 2013 21:43 (UTC +04:00)
Xarici siyasət
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
22:17
17 may 2024
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
20:39
17 may 2024
Fariz Rzayev Avropa Şurasının Nazirlər Komitəsinin iclasında Azərbaycanın kütləvi mina təhdidi ilə üzləşdiyini bildirib
20:15
17 may 2024
Almaniya XİN rəhbəri: Azərbaycan və Ermənistanın sülh üçün tarixi fürsəti var
20:05
17 may 2024