Türkiyədə həbsxanadan qaçan 17 PKK-çı yaxalanıb

Türkiyədə həbsxanadan qaçan 17 PKK-çı yaxalanıb
# 26 sentyabr 2013 09:22 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Bingöl vilayəti ərazisindəki həbsxanadan qaçan PKK terrorçuları yaxalanıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, sentyabrın 25-də qazdıqları gizli tunel vasitəsilə həbsxanadan qaçan 18 PKK-çıdan 17-si bu gün təhlükəsizlik qüvvələri tərəfindən Bingölün Ortaçanaq kəndi yaxınlığında yaxalanaraq həbsxanaya geri qaytarılıb. Digər 1 nəfərin axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR