Bakıda mənzildə meyit tapılıb

Bakıda mənzildə meyit tapılıb
# 28 oktyabr 2013 23:41 (UTC +04:00)

Bakı-APA. Bakının Nəsimi rayonunda 1937-ci il təvəllüdlü qadın mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. APA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, Abdulsalamova Fatima Axtayam qızının mənzilinin giriş qapısının dəfələrlə döyülməsinə və uzunmüddətli telefon zənglərinə reaksiya verməməsi yaxınlarını narahat edib. Bu üzdən onlar “112” Xidmətinə müraciət edib.

Xilasedicilər 5 mərtəbəli yaşayış binasının ehtiyat yanğınsöndürmə nərdivanı vasitəsi ilə 4-cü mərtəbədə yerləşən mənzilə eyvandan daxil olub. Onlar mənzilə baxış keçirərkən zərərçəkmişi huşsuz vəziyyətdə aşkar edib və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verib. Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən edilib. Xilasedicilər meyiti hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR