Bakıda tələbə bıçaqlanıb

Bakıda tələbə bıçaqlanıb
# 12 mart 2013 07:03 (UTC +04:00)

Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Nəsimi küçəsində baş verib. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kurs tələbəsi, Cəlilabad sakini, 1991-ci il təvəllüdlü Elşən Şakir oğlu Seyfiyev naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirləri davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR