“Akkord” istehsal potensialını gücləndirməkdə davam edir

“Akkord” istehsal potensialını gücləndirməkdə davam edir
# 09 oktyabr 2014 08:50 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin müvafiq istehsalat sahələrinin bazasında “Akkord Beton” MMC, “Akkord Prefabrik” MMC və “Akkord Mərmər Qranit” MMC yaradılıb.

Korporasiyanın İctimaiyyətlə əlaqələr xidmətindən “APA-Economics”ə verilən məlumata görə, artıq uzun illərdir “Akkord” digər fəaliyyət növləri ilə yanaşı beton, mərmər, qranit, yığma dəmir-beton konstruksiyaların istehsalı üzrə ixtisaslaşır və bazarda layiqli yer tutur. Bu üç yeni şirkətin yaradılması müvafiq sahələr üzrə rəqabətədavamlı məhsulların istehsalı, yeni bazarlara çıxış imkanlarının artırılması, müasir istehsalatın qurulmasına xidmət edəcək.

Xatırladaq ki, Azərbaycanın qərb regionunun ən iri müəssisələrindən olan korporasiya tərəfindən Qazax rayonu ərazisində inşa edilmiş Qazax Sement Zavodu da 2013-cü ilin sonundan etibarən “Qazax Sement Zavodu” MMC kimi fəaliyyət göstərir.

“Akkord Beton” MMC, “Akkord Prefabrik” MMC və “Akkord Mərmər Qranit” MMC kimi üç yeni şirkətin yaradılması “Akkord“ korporasiyasının inkişaf strategiyasında müəyyən edilmiş hədəflərə nail olmaq, geniş çeşidli fəaliyyətini müxtəlif sahələr üzrə diversifikasiya etmək, “Akkord” korporasiyasının bazasında müasir dövrün tələblərinə və çağırışlarına cavab verən holdinq şirkətinin qurulması məqsədi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR