Azərbaycan və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Azərbaycan və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
# 09 iyul 2016 17:41 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev iyulun 9-da Varşavada fransalı həmkarı Fransua Olland ilə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Münaqişənin danışıqlar yolu ilə həllinin məqsədəuyğunluğu bildirilib. Fransa prezidenti bu məsələnin həllinə fəal dəstək verəcəyini vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR