AŞPA həmməruzəçiləri Tofiq Yaqublu və İlqar Məmmədovun həbsindən narahatlıqlarını ifadə ediblər

AŞPA həmməruzəçiləri Tofiq Yaqublu və İlqar Məmmədovun həbsindən narahatlıqlarını ifadə ediblər
# 08 fevral 2013 08:13 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə həmməruzəçilərin bəyanatında bildirilib.

Həmməruzəçilər qeyd ediblər ki, onlara yanvarın 26-da Bakıda, daha sonra isə İsmayıllıda keçirilən aksiyalarda 80-ə yaxın nümayişçinin saxlandığını barədə məlumat daxil olub.

“Azərbaycan hakimiyyətini aksiyalarda saxlanan şəxslərin və fəalların işlərinə yenidən baxmağa çağırırıq”, - deyə həmməruzəçilər bildiriblər.

Həmməruzəçilər İlqar Məmmədov və Tofiq Yaqublunun da həbsindən narahatlıq keçirdiklərini bildiriblər: “Azərbaycan hakimiyyətini bu müxalif siyasətçilərin azadlığa buraxılması üçün bütün mümkün hüquqi vasitələrdən istifadə etməyə çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR