Gürcüstanın baş naziri: “Saakaşvilinin yeri həbsxanadır”

Gürcüstanın baş naziri: “Saakaşvilinin yeri həbsxanadır”
# 03 noyabr 2015 02:20 (UTC +04:00)

“Mixail Saakaşvili Gürcüstanda inqilabi çevriliş təşkil etməyi planlaşdırıb, bunu təsdiqləyən sübutlar var, Ukrayna saytlarında audioyazılar dərc edilib. Gürcüstan əhalisinin soruşsanız, əksəriyyəti siyəsətdə Saakaşvili üçün yer olmadığını bildirəcək. Məndən soruşsanız - onun yeri həbsxanadır”, deyə Qaribaşvili Tallində mətbuat konfransında bildirib.

Qeyd edək ki, Ukrayna saytlarından birində oktyabrda Saakaşvilinin “Rustavi -2” telekanalının baş direktoru Nika Qvaramiya və “Vahid Milli Hərəkat” liderlərindən biri Georgi Bokeriya ilə , noyabrın 2-də isə eks-prezidentin tanınmış gürcü müğənnisi Sofa Nijaradze ilə danışıqlarının audioyazıları dərc edilib. Audioyazılarda Saakaşvili Gürcüstanda inqilabın və qanlı qarşıdurmanın baş verə biləcəyini bildirir. Müğənni belə bir danışığın aparılmadığını və audioyazının saxtalaşdırıldığını iddia edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR