Paşha Bank
Bank Of Baku

Ucarda piyadanı maşın vurub

Ucarda piyadanı maşın vurub
# 12 iyun 2019 12:32 (UTC +04:00)

Ucarda piyadanı maşın vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gündüz saatlarında şəhərin Oğuz küçəsində qeydə alınıb.

61 BC 929 dövlət nömrə nişanlı "VAZ-2106" markalı minik maşını yolu keçən piyada, rayonun Qazyan kənd sakini, 1992-ci il təvəllüdlü Vüsal Əlhüseyn oğlu Rəhimovu vurub. O, təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR