Hacıqabulda avtomobil beton səddə çırpılıb, eyni ailədən altı nəfər xəsarət alıb-YENİLƏNİB

Hacıqabulda avtomobil beton səddə çırpılıb, eyni ailədən altı nəfər xəsarət alıb-YENİLƏNİB
# 22 iyul 2016 09:32 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun 140-cı km-də, Hacıqabulun Qarasu kəndi ərazisində qeydə alınıb. Bakı şəhər sakini,1955-ci il təvəllüdlü Məmmədov Əli Firudin oğlunun idarə etdiyi "Mitsubishi" markalı, 90 BB 932 dövlət nömrə-nişanlı avtomobil yolun kənarındakı beton səddə çırpılıb. Nəticədə eyni ailənin üzvü olan 6 nəfər ağır xəsarət alıb.

Bakı şəhər sakinləri, sürücü və ailənin dügər üzvləri- 1967-ci il təvəllüdlü İmanova Güldanə Bəxtiyar qızı, 1991-ci il təvəllüdlü Məmmədov Zöhrab Əli oğlu, 1994-cü il təvəllüdlü Məmmədova Zülfiyyə Arzu qızı və 2015-ci il təvəllüdlü Məmmədzadə Sidiqə Zöhrab qızımüxtəlif dərəcəli travmtoloji xəsarətlərlə Şirvan şəhər xəstəxanasının taravmatologiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR