Azərbaycanda çağırışçıların hansı hərbi hissədə xidmət keçəcəklərini öyrənməsi reqlamenti təsdiqlənib

Azərbaycanda çağırışçıların hansı hərbi hissədə xidmət keçəcəklərini öyrənməsi reqlamenti təsdiqlənib
# 16 iyul 2015 16:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Kollegiyası “Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi üzrə inzibati reqlament”i təsdiq edib.

APA-nın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən göstərilən tam avtomatlaşdırılmış bu xidmət çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsini nəzərdə tutur.

Elektron xidmət ödənişsizdir. Müvafiq mobil operatorlar tərəfindən xidmət haqqı tutulur. Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet vasitəsilə verilməsi üçün heç bir sənəd tələb olunmur. Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların qısa mesaj (SMS) vasitəsilə verilməsi üçün şəxsiyyət vəsiqəsinin nömrəsi tələb olunur. Elektron xidmət http://www.seferberlik.gov.az/elektron/military ünvanında təqdim olunur. İstifadəçi göstərilən internet ünvana daxil olaraq açılan müraciət formasına özü barədə məlumatları (soyadı, adı, atasının adı, doğum tarixi, hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə, bölməsi və şəkildəki simvolları) daxil etdikdən sonra sorğunu göndərir. İstifadəçi mobil telefonu vasitəsilə (hansı mobil operatorun xidmətindən istifadə edilməsindən asılı olmayaraq) şəxsiyyət vəsiqəsinin nömrəsini 9100 nömrəsinə (seriyasız) SMS vasitəsilə göndərməklə sorğunu formalaşdırır. Sorğu Xidmətin internet ünvanına daxil olduğu tarixdə, SMS vasitəsilə göndərilmiş sorğu isə şəxsiyyət vəsiqəsinin nömrəsi sistemə daxil olduqdan sonra qeydə alınır. “Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet vasitəsilə verilməsi üçün verilmiş sorğudan müraciət forması (çağırışçının soyadı, adı, atasının adı, doğum tarixi, hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə, bölməsi və şəkildəki simvollar) düzgün doldurulmadıqda imtina edilir və bu barədə bildiriş ekrana çıxır. Bildirişdə sorğunun qəbulundan imtinanın səbəbləri göstərilir. “Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların qısa mesaj (SMS) vasitəsilə verilməsi üçün verilmiş sorğudan şəxsiyyət vəsiqəsinin nömrəsi yanlışdırsa imtina olunur və bu barədə istifadəçi SMS vasitəsi ilə məlumatlandırılır.

“Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların internet vasitəsilə verilməsi üçün istifadəçilər tərəfindən müvafiq məlumatlar (soyadı, adı, atasının adı, doğum tarixi, hərbi qeydiyyatda olduğu Xidmətin yerli idarə, şöbə, bölməsi və şəkildəki simvolları) düzgün daxil etdikdən sonra sorğu qəbul olunur və müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumat ekranda əks olunur. “Çağırışçılara müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumatların qısa mesaj (SMS) vasitəsilə verilməsi üçün şəxsiyyət vəsiqəsinin nömrəsi düzgün göndərildikdə, sorğu qəbul olunur və istifadəçilərə müddətli həqiqi hərbi xidmətlərini hansı hərbi hissədə keçmələri barədə məlumat SMS vasitəsi ilə göndərilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR