Sumqayıtda dənizdə 14 yaşlı gənc boğulub - VİDEO

Sumqayıtda dənizdə 14 yaşlı gənc boğulub - <span style="color: red;">VİDEO
# 17 iyul 2014 03:37 (UTC +04:00)

APA TV-nin məlumatına görə, Gülməmmədov Balaxan Namiq oğlu həmyaşıdları ilə birlikdə yaşadıqları yerin yaxınlığında, Xəzər dənizinin mühafizə olunmayan hissəsində çimməyə gedib. 14 yaşlı yeniyetmə boğulmağa başlayıb və dostları onu xilas edə bilməyiblər.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Hava qaranlıq olduğundan yeniyetmənin cəsədini tapmaq mümkün olmayıb.

Qeyd edək ki, Balaxan Gülməmmədov musiqi təmayüllü internat məktəbinin şagirdidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR