Türkiyənin baş naziri: “BMT-də ciddi islahatlara ehtiyac var”

Türkiyənin baş naziri: “BMT-də ciddi islahatlara ehtiyac var”
# 27 fevral 2013 13:44 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “BMT-də ciddi islahatlara ehtiyac var”. APA-nın məlumatına görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Vyanada keçirilən BMT-nin Mədəniyyətlər İttifaqının Forumunda çıxış edərkən deyib.

Baş nazir bildirib ki, BMT-nin Təhlükəsizlik Şurasının üzvləri arasında birlik yoxdur və bir nəfər üzv hər hansı problemin həllinə etiraz edərsə, bununla bağlı müzakirə və ya qərar dayanır: “Mədəniyyətlər İttifaqı olaraq soruşmaq istəyirəm, BMT Təhlükəsizlik Şurası dünyanın hamısını təmsil edirmi? Burada üç qitəni görürük. Dini olaraq bu üzvlər dünyadakı bütün inanc qruplarını təmsil edirmi? Xeyr, etmir. Əgər Mədəniyyətlər İttifaqı deyiriksə, əvvəl BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bir ittifaq yaratmaq lazımdır. Üzvlərdən biri “xeyr” dediyi zaman məsələ bağlanır. BMT dünyada sülhü qorumaq üçün qurulmadımı? Madam ki, dünya sülhünə xidmət üçün qurulub, o zaman BMT-nin yenidən və ciddi bir islahata ehtiyacı var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR