Gürcüstanda deputatlar prezidentin çıxışına əngəl törədəcəklərini bəyan ediblər

Gürcüstanda deputatlar prezidentin çıxışına əngəl törədəcəklərini bəyan ediblər
# 08 fevral 2013 01:54 (UTC +04:00)

Bakı-APA. Hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” bloku prezident Mixail Saakaşvilinin xalqa növbəti müraciətinə mane olacağını bəyan edib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, prezidentin parlamentdə çıxışı fevralın 8-nə planlaşdırılıb.

Hakim partiyanın bəyanatı baş nazir Bidzina İvanişvili və prezident Mixail Saakaşvilinin arasında fikir ayrılığının dərinləşdiyinin növbəti göstəricisi olub.

Gürcü arzusu – Demokratik Gürcüstan” bloku Saakaşvilidən konstitusiya islahatlarına razılıq verməsini tələb edir. Bu dəyişiklər nəticəsində o hökuməti istefaya göndərmək səlahiyyətindən məhrum ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR