Mixail Şvıdkoy: “Azərbaycanda Rusiyanı artıq imperialist ölkə kimi görmürlər”

Mixail Şvıdkoy: “Azərbaycanda Rusiyanı artıq imperialist ölkə kimi görmürlər”
# 25 sentyabr 2012 12:37 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu fikirləri Rusiya prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi
Mixail Şvıdkoy “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.

Azərbaycan-Rusiya münasibətlərini şərh edən M. Şvıdkoy iki ölkə arasındakı münasibətlərdə əsas faktorun Dağlıq Qarabağ münaqişəsinin hesab olunduğunu söyləyib: “Hər bir dövlətin öz mənafeyini düşündüyünü fikirləşsək, Rusiya-Azərbaycan münasibətlərini Qafqazda dostcasına tərəfdaşlığa örnək göstərmək olar. Əlbəttə ki, Rusiyadakı Azərbaycan diasporu və bizim Azərbaycandakı həmvətənlərimiz iki ölkə arasındakı əməkdaşlıqda mühüm rol oynayıb. Azərbaycanda insanlar kütləvi halda birbaşa və ya dolayısı ilə rus mədəniyyəti ilə bağlıdır. Burada Bakı və bütövlükdə Azərbaycanın çoxmillətli cəmiyyət kimi formalaşdığını qeyd etmək lazımdır. Dövlət bu keyfiyyəti bütün XX əsr boyu dəstəkləyib və XXI əsrdə də bundan imtina etməyib.

Humanitar, iqtisadi əlaqələr və siyasi əməkdaşlıq baxımından son illərdə iki ölkə arasında elm və mədəniyyət adamlarını birləşdirən layihələrin sayı artıb. Artıq Rusiya insanı üçün Azərbaycan dost və yüksək dərəcədə cazibəli və Qafqazda geosiyasi dəyəri olan ölkədir. Azərbaycandakı sabitlik Cənubi Qafqaz regionunda təhlükəsizliyi müəyyən edir”.

Mixail Şvıdkoy Azərbaycan və Rusiyanın ümumi problemlər qarşısında dayandığını bildirib: “Bizə öz iqtisadiyyatlarımızı diversifikasiya etmək lazımdır. Moskva və Bakı üçün əsas vəzifə sabit inkişaf etmiş rəqabətli iqtisadiyyatın formalaşdırılmasıdır. Bu problemin müzakirəsi üçün artıq intellektual platforma yaradılıb. Söhbət Bakı Beynəlxalq Humanitar Forumundan gedir. Xatırlatmaq istəyirəm ki, bu forum Azərbaycan və Rusiya prezidentlərinin başçılığı ilə yaradılıb. İldən ilə forumda elm, siyasət və digər sahələr üzrə Nobel mükafatı sahiblərinin iştirakının sayı artır. Bu onu göstərir ki, biz düzgün mövzu seçmişik”.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Rusiyada Azərbaycanın, Azərbaycanda isə Rusiyanın obrazlarını şərh edib. Onun fikrincə, Azərbaycanda Rusiyanı artıq imperialist ölkə kimi görmürlər: “Bizim əməkdaşlığımız Rusiyanın Azərbaycandakı obrazını dəyişib. Biz, bu gün Azərbaycanla münasibətlərdə bərabər maraqları olan yeni demokratik ölkəni təmsil edirik. Azərbaycan mədəniyyətinin ən yaxşı nümunələri son 20 ildə Rusiyada çox geniş təqdim olunub. Çox böyük işlər görülüb.
Müsabiqələr, festivallar, konsertlər və teatr turları keçirilib. Rusiyalılar Qara Qarayevin simfoniyasını, Maqsud İbrahimbəyovun kitablarını, Tahir Salahovun rəsm əsərlərini qiymətləndirə biliblər. Azərbaycanlılar artıq rusiyalıların gözündə əmək, mədəniyyət və incəsənət insanı kimi qəbul olunur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR