Azərbaycanda iaşə dövriyyəsi son bir ildə 16% artıb

Azərbaycanda iaşə dövriyyəsi son bir ildə 16% artıb
# 19 oktyabr 2012 09:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda iaşə dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,3% artaraq 446,3 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, özəl sektorda iaşə dövriyyəsinin 48,1%-i hüquqi şəxs statuslu müəssisələrin, 51,9%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşüb: «Hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 13,3% artaraq 219,2 mln. manat olub».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR