Avropa Komissiyası Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatını boykot etmək qərarına gəlib

Avropa Komissiyası Ukraynada keçiriləcək futbol üzrə Avropa çempionatını boykot etmək qərarına gəlib
# 04 may 2012 12:42 (UTC +04:00)
APA-nın məlumatına görə, buna səbəb ölkədə narahatlıq duyulan siyasi durum və sabiq baş nazir Yuliya Timoşenko ilə bağlı vəziyyətdir. Avropa komissarı Andrulla Vasiliu bildirib ki, idmana məsul komissar kimi Ukraynada keçiriləcək istənilən matçı izləməyi məqsədəuyğun saymır.

“Çox ümid edirəm ki, bu futbol turniri əsl uğur olacaq və mən Polşa ərazisində keçiriləcək matçlardan birini izləyə biləcəyəm”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR