Tiflisin mərkəzi küçəsində güclü yanğın baş verib

Tiflisin mərkəzi küçəsində güclü yanğın baş verib
# 22 mart 2012 17:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün günorta saatlarında Gürcüstan paytaxtının mərkəzi Rustaveli küçəsində yanğın baş verib. APA-nın hadisə yerində olan müxbirinin məlumatına görə, yanğın 3 mərtəbəli binada qeydə alınıb. Hadisə yerinə 15 yanğınsöndürən maşın cəlb olunub. Yanğın nəticəsində 150 kvadratmetr sahə yanıb. Yanğın söndürülüb, alovun qonşu binalara keçməsinin qarşısını ala bilib. Hadisə yerində olan yanğınsöndürənlər və ekspertlər yanğının baş vermə səbəblərini araşdırırlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR