Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb

Azərbaycanda məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb
# 29 iyun 2019 11:26 (UTC +04:00)

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyası çərçivəsində çıxış edib.

Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, sədr müavini Azərbaycanın əhalinin sayına nisbətdə ən çox məcburi köçkün və qaçqın əhalisi olan ölkələr sırasında olduğunu diqqətə çatdırıb.

F. Hüseynov Ermənistanın həyata keçirdiyi hərbi təcavüz, işğal və etnik təmizləmə siyasəti nəticəsində 250 min azərbaycanlının Ermənistandakı ata-baba yurdlarından qovulduğu və 700 min insanın Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb.

Sədr müavini bildirib ki, ötən müddət ərzində 300 min məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb, görülən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb: “Ümumilikdə, ötən müddət ərzində bu sahəyə 7,4 milyard ABŞ dollar məbləğində vəsait ayrılıb”.

F. Hüseynov beynəlxalq ictimaiyyətin azərbaycanlı məcburi köçkünlərin pozulmuş insan hüquqlarının bərpası məsələsinə laqeyd qaldığını da qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR