“Tərəflərin müraciəti əsasında Azərbaycan hərbçilərinin cəsədlərinin minalanmış ərazilərdən çıxarılması üçün mənim bu əməliyyatlar üçün tam mobilizə olunmuş heyətimin iştirakı ilə humanitar əməliyyat həyata keçirilib”.
Bunu APA-ya açıqlamasında ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik deyib.
A. Kaspşik bildirib ki, onun heyətinin əməliyyatda iştirakının əsas məqsədi təhlükəsizik zəmanətçiləri vasitəsi ilə tərəflərin atəşkəsə tam əməl etməsini təmin etmək olub: “Həmçinin biz əməliyyatın tərəflərin razılaşdırdığı şəkildə həyata keçirilməsini təmin etməli idik. Mən qeyd etmək istəyirəm ki, yerli komandirlər, həmçinin hərbi rəhbərliyin nümayəndələri mənim heyətimə dəstək göstəriblər. Onların və BQXK-nin yerli nümayəndəliyinin dəstəyi ilə əməliyyat fevralın 27-də uğurlu şəkildə həyata keçirilib”.