Bakı. Türbət Bağırova - APA. “AŞPA və digər beynəlxalq təşkilatlar Dağlıq Qarabağla bağlı hesabatlar və ya qətnamələr qəbul etməzdən öncə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə məsləhətləşməlidir”.
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsdəri Ceyms Uorlik özünün “twitter” səhifəsində yazıb.
Qeyd edək ki, AŞPA-nın Siyasi məsələlər komitəsində Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” məruzəsi qəbul edilib.