Bank Of Baku

ASDP prezident seçkisində öz namizədi ilə iştirak edəcək

ASDP prezident seçkisində öz namizədi ilə iştirak edəcək
# 20 iyun 2008 14:10 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) prezident seçkisində öz namizədi ilə iştirak edəcək. Bu barədə APA-ya məlumat verən ASDP-nin həmsədri Araz Əlizadə seçkidə kimin namizədliyinin irəli sürüləcəyi ilə bağlı hələlik qərar vermədiklərini söyləyib. O, , partiyanın həmsədri Ayaz Mütəllibovun namizədlik məsələsinin də hələ müzakirə mövzusu olmadığını bildirib. “Ayaz Mütəllibovun prezident seçkisində iştirak edib-etməyəcəyi barədə heç nə bilmirəm”. A. Əlizadə öz namizədliyinin verilməsi ilə bağlı məsələyə isə münasibət bildirməyib. ASDP həmsədri seçki zamanı heç bir blokda təmsil olunmayacaqlarını də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR