Bank Of Baku

Demokratiya Uğrunda İttifaq seçki qərargahı yaradır

Demokratiya Uğrunda İttifaq seçki qərargahı yaradır
# 14 iyul 2008 11:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının toplantısı keçirilib. Azadlıq Partiyasının sədri Əhməd Oruc APA-ya bildirib ki, yığıncaqda DUİ-nin prezident seçkisinə dair vahid platformasının müddəaları müzakirə olunub və qurumun Seçki Qərargahının yaradılması qərara alınıb: “İyulun 25-dək Klassik Xalq Cəbhəsi Partiyası və Azadlıq Partiyasının ali məclislərinin toplantılarının keçirilməsi razılaşdırıldı. Qərara alındı ki, partiyalar seçkiyə öz namizədləri ilə qatılıb-qatılmayacaqlarını konkretləşdirsinlər. Bundan sonra isə müəyyənləşdiriləcək namizədin dəstəklənməsi istiqamətində zəruri addımlar atılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR