Bank Of Baku

Azərbaycandakı prezident seçkilərini 500 beynəlxalq müşahidəçi izləyəcək

Azərbaycandakı prezident seçkilərini 500 beynəlxalq müşahidəçi izləyəcək
# 14 iyul 2008 12:09 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov - APA. Bu gün Şirvanda ATƏT-in Bakı ofisi, Mərkəzi Seçki Komissiyası və Prezident Aparatının təşkilatçılığı ilə 18 şəhər və rayonun İcra Hakimiyyəti başçıları və 30 DSK sədri üçün seçki prosesinə müdaxilə hallarına dair məlumat sessiyası keçirilib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, sessiyada çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero Ansola azad və şəffaf seçkilərin əsas prinsiplərinə riayət etməyin, seçki prosesinə müdaxilənin qarşısının alınmasının vacibliyini vurğulayıb. O, Milli Məclisin Seçki Məcəlləsinə etdiyi dəyişikliklərə əsasən seçki prosesinə müdaxiləyə görə daha sərt cəza tədbirlərinin nəzərdə tutulduğunu söyləyib. Səfir bildirib ki, bu il prezident seçkilərini 500 beynəlxalq müşahidəçi izləyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR