Bank Of Baku

Hər il Konstitusiya Məhkəməsinə iki mindən çox müraciət daxil olur

Hər il Konstitusiya Məhkəməsinə iki mindən çox müraciət daxil olur
# 14 iyul 2008 12:14 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Hər il Azərbaycan Konstitusiya Məhkəməsinə vətəndaşlar tərəfindən 2 mindən çox ərizə daxil olur. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məlumat verib. Onun sözlərinə görə, bu müraciətlər insan hüquq və azadlıqlarının qorunmasında mühüm yer tutur. Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyət göstərdiyi 10 il ərzində böyük işlər gördüyünü bildirən F. Abdullayev deyib ki, məhkəmənin işinə kənardan verilən qiymət də bu fikri söyləməyə imkan verir: “Hesab edirəm ki, Konstitusiya Məhkəməsi bundan sonra da Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində öz vəzifəsini layiqincə yerinə yetirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR