Bank Of Baku

MSK və Venesiya Komissiyasının birgə təşkilatçılığı ilə seçki treynerləri üçün treninqlərə start verilib

MSK və Venesiya Komissiyasının birgə təşkilatçılığı ilə seçki treynerləri üçün treninqlərə start verilib
# 15 iyul 2008 09:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli. Tamara Qriqoryeva-APA. Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) və Avropa Şurasının Venesiya Komissiyası tərəfindən birgə təşkil edilən seçki treynerləri üçün iki günlük treninqlərə start verilib. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov məntəqə və dairə seçki komissiyaları üzvlərinin beynəlxalq standartlar çərçivəsində maariflənməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, hazırda MSK-nın 15 üzvü seçki ilə bağlı beynəlxalq sertifikata malikdir, aşağı seçki instansiyalarının üzvləri və əməkdaşlarının da bu sahədə bilikləri yüksəldilməlidir. “Aşağı seçki instansiyalarının 30 əməkdaşı var. Demokratik dünyada ölkəyə qiymət seçki ilə verilir. Demokratik aləmə inteqrasiya edən Azərbaycan üçün isə prezident seçkisi daha əhəmiyyətlədir. Azərbaycan demokratik ölkə olduğunu təsdiq edəcək”. Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio bildirib ki, Venesiya Komissiyası artıq neçə ildir Azərbaycanla seçki sahəsində əməkdaşlıq edir. Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıqlarının ən əhəmiyyətli dövrü Seçki Məcəlləsinin hazırlanması sahəsində olub. “Venesiya Komissiyası Seçki Məcəlləsi ilə bağlı rəyini açıqlayıb. Hesab edirik ki, Seçki Məcəlləsində bəzi dəyişikliklər lazım olsa belə, hazırkı qanunvericilik də azad və ədalətli seçkilərin keçirilməsi üçün yaxşı bazadır. Dünən prezidentlə görüşümüzdə də o mənə bildirdi ki, oktyabrda keçiriləcək prezident seçkilərinin nəinki Azərbaycan tarixində ən demokratik seçki olmasına, həm də beynəlxalq standartlara tam cavab verməsinə çalışırıq”. Daha sonra tədbir seçki ilə bağlı mövzular ətrafında davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR