Bank Of Baku

Bakıda Fransanın milli bayramı Bastiliyanın alınması günü qeyd olunub

Bakıda Fransanın milli bayramı  Bastiliyanın alınması günü qeyd olunub
# 15 iyul 2008 08:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Bakıda Fransanın milli bayramı Bastiliya qalasının alınması günü qeyd olunub. APA-nın məlumatına görə, Fransanın ölkəmizdəki səfiri Qabriel Keller bu bayramın Azərbaycanda artıq 16-cı ildir qeyd edildiyini deyib. O xatırladıb ki, Fransa Azərbaycanın müstəqilliyini 1992-cı ildə tanıyan ilk ölkələrdən olub. İki ölkə arasında münasibətlərin çox dərin və sıx olduğunu deyən səfir, burada çalışdığı müddətdə bu əlaqələri daha da dərinləşdirməyə çalışacağını söyləyib. İyulun 1-dən Fransanın Avropa İttifaqına 6 ay sədrlik edəcəyini xatırladan Q. Keller bu müddət ərzində Fransa-Azərbaycan və Avropa İttifaqı-Azərbaycan əlaqələrinin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan diplomat bildirib ki, bu münaqişə bütün regionun iqtisadiyyatına zərbə vurur: “Fransa bu münaqişənin tezliklə həllini istəyir”. Mərasimdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Fransanın həm ATƏT-in Minsk Qrupunun həmsədri, həm də Avropa İttifaqına hazırda sədrlik edən ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini artıracağına ümidvar olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR