Bank Of Baku

Piter Van Praq: “Azərbaycanda gördüyüm inkişaf məni heyrətləndirdi”

Piter Van Praq: “Azərbaycanda gördüyüm inkişaf məni heyrətləndirdi”
# 15 iyul 2008 08:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclis sədrinin müavini Bahar Muradova Marşal Fondunun Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sədr müavini görüşdə Azərbaycanın həm Avropa, həm də Amerika Birləşmiş Ştatları üçün maraqlı ölkə olduğunu deyib. B. Muradova Azərbaycanın dünyadakı problemlərin həllinə töhfələr vermək imkanına malik olduğunu bildirib: “Azərbaycan həm də dünyanın regionda olan maraqlarının reallaşmasında aparıcı ölkə kimi çıxış edə bilər”. Marşal Fondunun Avropa üzrə baş direktoru Piter Van Praq sonuncu dəfə Azərbaycana bir neçə il bundan əvvəl gəldiyini, bu dəfəki səfəri zamanı gördüyü inkişafdan heyrətləndiyini bildirib. Piter Van Praaq ötən il fondun yaratdığı Qara Dəniz Birliyinin Türkiyə, Azərbaycan, Moldova, Rusiya və digər bir sıra ölkələrdə fəaliyyət göstərmək niyyətində olduğunu deyib: “Əsas məqsəd yerli qeyri-hökumət təşkilatlarının fəaliyyətini gücləndirmək, onların beynəlxalq əlaqələrini genişləndirmək və təcrübə mübadiləsini təmin etməkdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR