Bank Of Baku

Məzahir Pənahov: “Seçkidə iştirak etməyənlərin seçki ilə bağlı fikirləri əhəmiyyətli deyil”

Məzahir Pənahov: “Seçkidə iştirak etməyənlərin seçki ilə bağlı fikirləri əhəmiyyətli deyil”
# 15 iyul 2008 08:34 (UTC +04:00)
Bakı. Ramil MəmmədliAPA. “Prezident seçkisində iştirak etməyən tərəflərin seçkinin hansı formada keçirilməsi barədə sözlərinin əhəmiyyəti yoxdur”. APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, beynəlxalq standartlara və qəbul olunan qaydalara görə, seçkilərdə bütün siyasi partiyalar iştirak etməlidir: “Siyasi partiyalar ona görə yaranırlar ki, seçkidə iştirak etsinlər. Seçkidə iştirak edən tərəf bu tədbirin ədalətli, demokratik, şəffaf və yaxudda bunun əksinə keçirildiyini iddia edə bilər. Seçkidə iştirak etməyən partiyanın bu barədə fikir söyləməsi isə əhəmiyyətsizdir”. M. Pənahovun sözlərinə görə, bu məsələdə müxalifət düşərgəsində və ümumiyyətlə, siyasi səhnədə geniş narahatçılıq hiss etmir. “Ola bilər ki, kimsə seçkidə iştirak etməmək barədə fikirlər söyləyir. Amma müxalifət düşərgəsində təmsil olunan partiyaların böyük əksəriyyətinin prezident seçkisində iştirak edəcəyini güman edirəm. Hər bir halda siyasi partiyanın məqsədi seçkidə iştirak etməkdir. Seçkidə iştirak etməməklə isə nə isə əldə etmək olmaz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR