Bank Of Baku

Mənuçöhr Mottaki: “İran Orta Asiya və Azərbaycan təbii qazını Fars Körfəzi vasitəsilə dünya bazarlarına çıxarmağa hazırdır”

Mənuçöhr Mottaki: “İran Orta Asiya və Azərbaycan təbii qazını Fars Körfəzi vasitəsilə dünya bazarlarına çıxarmağa hazırdır”
# 15 iyul 2008 08:38 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva APA. “Biz hesab edirik ki, iqtisadiyyat, enerji, kommersiya, kənd təsərrüfatı və digər sahələrdə İran-Azərbaycan əməkdaşlığının qarşısında hər hansı maneə yoxdur”. APA-nın “Mathaba.net” saytına istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər Mənuçöhr Mottaki Tehranda Azərbaycanın Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşündə deyib. M. Mottaki hər iki ölkənin eyni tarixi-mədəni dəyərləri paylaşdığını söyləyib. O bildirib ki, İran Orta Asiya və Azərbaycan təbii qazını Fars Körfəzi vasitəsilə dünya bazarlarına çıxarmağa hazırdır. Görüşdə Culfa körpüsünün, Ordubad-Mərəzd hidroelektrik stansiyasının tikintisi, universitetlər arasında, turizm sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR