Bank Of Baku

Bakı Apellyasiya Məhkəməsi Səbayel rayon Məhkəməsinin AMİP-lə bağlı qərarını əsassız hesab edib

Bakı Apellyasiya Məhkəməsi Səbayel rayon Məhkəməsinin AMİP-lə bağlı qərarını əsassız hesab edib
# 15 iyul 2008 09:31 (UTC +04:00)
Bakı. Ramil Məmmədli APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sərbəst toplaşmaq azadlığı tanınması tələbi ilə Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddiaya Bakı Apellyasiya Məhkəməsində baxılıb. AMİP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məhkəmə Səbayel rayon Məhkəməsinin qərarını əsassız hesab edərək, işə yenidən baxılması üçün birinci məhkəmə instansiyasına göndərib. Qeyd edək ki, AMİP ötən il bir neçə dəfə kütləvi aksiya keçirmək üçün Bakı meriyasına müraciət etsə də, aksiyaların keçirilməsinə icazə verilməyib. Buna görə də AMİP 2007-ci il oktyabrın 18-də BŞİH-i ilə bağlı məhkəməyə müraciət etmişdi. Səbayel rayon Məhkəməsi isə 2007-ci il oktyabrın 22-də verdiyi qərarla iddianı rədd edib. 2008-ci il aprelin 25-də isə Ali Məhkəmənin Mülki işlər üzrə Kollegiyası şikayətə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR