Bank Of Baku

ATƏT DHTİB-in tələbatların qiymətləndirilməsi missiyasının Azərbaycanla bağlı hesabatı açıqlanıb

ATƏT DHTİB-in tələbatların qiymətləndirilməsi missiyasının Azərbaycanla bağlı hesabatı açıqlanıb
# 15 iyul 2008 09:50 (UTC +04:00)
APA-nın məlumatına görə, missiyanın səfərinin məqsədi Azərbaycanda prezident seçkilərinə hazırlığın səviyyə və şəraitini qiymətləndirmək olub. Hesabatda bildirilir ki, Azərbaycan hökuməti seçkilərin beynəlxalq standartlara uyğun keçirməyə hazır olduğunu bəyan edir və tezliklə ATƏT DTİHB missiyasına müvafiq dəvətnamə göndərəcək: “Artıq bəzi namizədlər seçkilərdə namizəd kimi iştiraklarını açıqlayıblar, amma bəzi müxalifət liderləri seçkiləri boykot etmək niyyətindədir. Bəzi yerli müşahidəçilər Azərbaycana missiya göndərməyin əhəmiyyətsiz iş olduğunu düşünürlər”. Hesabatda bildirilir ki, Seçki Məcəlləsinə dəyişikliklər edilsə də, bəzi problemlər həllini tapmamış qalıb. Hesabat müəllifləri bu yaxınlarda “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun qəbul olunduğunu, lakin Azərbaycanda bəzi dairələrin bu qanunun həyata keçiriləcəyinə şübhə ilə yanaşdıqlarını qeyd ediblər. Sənəddə qeyd olunur ki, seçkilər ərəfəsində digər bir narahatlıq doğuran məqam seçki prosesinə kənar müdaxilə ehtimalının olmasıdır ki, rəsmi hakimiyyət orqanları da bunun qarşısını almaq üçün əllərindən gələni etməyə söz veriblər. ATƏT DHTİB-in tələbatların dəyərləndirilməsi missiyası Azərbaycana səfərin yekunu olaraq ölkəyə prezident seçkiləri ilə əlaqədar 30 nəfərdən ibarət uzunmüddətli, 450 nəfərdən ibarət qısamüddətli missiya göndərilməsini tövsiyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR