Bank Of Baku

Sülhəddin Əkbər: “Müsavatın prezident seçkilərində iştirak etməməklə bağlı qərarı Azərbaycanda demokratiyaya heç bir zərbə vurmayacaq”

Sülhəddin Əkbər: “Müsavatın prezident seçkilərində iştirak etməməklə bağlı qərarı Azərbaycanda demokratiyaya heç bir zərbə vurmayacaq”
# 02 avqust 2008 13:12 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müsavat Partiyasının prezident seçkilərində iştirak etməməklə bağlı qərarı Azərbaycanda demokratiyaya heç bir zərbə vurmayacaq. Əksinə, bu gün Azərbaycanın əsas demokratik qüvvələri eyni mövqedən çıxış edirsə, bu qərar demokratik qüvvələrin yenidən bir araya gəlməsi, vahid platformada birləşməsi üçün əlverişli zəmin yaradır. Ona görə də əslində bunu xalqdan gələn sosial sifariş kimi də qiymətləndirmək olar”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər partiyanın seçkilərdə iştirak etməməklə bağlı qərarının Azərbaycanda demokratik proseslərə zərbə vuracağı ilə bağlı fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı partiyada uzun və şəffaf müzakirələr aparılıb, Məclisdə bunun üçün normal şərait yaradıldı. “Məclisin 27 üzvü çıxış edərək, öz fikrini bildirdi və 65 nəfər qərarın lehinə, 6 nəfər əleyhinə səs verdi. Bu qərarla Azərbaycanda demokratiya imitasiyasına son qoyuldu”. S. Əkbər qərarın partiyada heç bir problem yaratmayacağını bildirib. Onun sözlərinə görə, yeni situasiyanın gələn həftə partiyanın Divanında müzakirə olunacaq və müxalifət partiyalarının əməkdaşlığı istiqamətində addımlar atılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR