Bank Of Baku

Elnur Aslanov: “Bəzi müxalifət partiyalarının seçkilərdə iştirak etməməsi seçki prosesinə heç bir problem yarada bilməz”

Elnur Aslanov: “Bəzi müxalifət partiyalarının seçkilərdə iştirak etməməsi seçki prosesinə heç bir problem yarada bilməz”
# 02 avqust 2008 13:30 (UTC +04:00)
Onu sözlərinə görə, Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün tam şərait yaradılıb. Bunu həm Seçki Məcəlləsinə edilmiş dəyişikliklər, həm də ölkədəki siyasi ab-hava təsdiq edir: “Bu və ya digər siyasi təşkilatların seçkidə iştirak etməyəcəyinə baxmayaraq, seçkilər açıq, demokratik və ədalətli keçiriləcək və beynəlxalq standartlara uyğun olacaq. Bir neçə partiya seçkilərdə iştirak etməmək qərarı versə də, digərləri artıq namizədlərini irəli sürüblər. Ona görə də seçkidə iştirak etməmək qərarı bütünlükdə müxalifətin namizəd irəli sürməməsi və ya seçkidə iştirak etməməsi demək deyil”.

Yeni Azərbaycan Partiyasının bu gün keçirdiyi qurultayda namizəd irəli sürməsinə münasibət bildirən E. Aslanov bildirib ki, bu bir daha sübut edir ki, YAP Azərbaycanın ən böyük siyasi qüvvəsi olaraq azad şəkildə seçkiyə gedir və seçkilərin demokratik keçirilməsinə böyük əminliyi və qətiyyəti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR