Bank Of Baku

Ermənilər atəşkəsi bir neçə istiqamətdə pozublar

Ermənilər atəşkəsi bir neçə istiqamətdə pozublar
# 04 avqust 2008 07:20 (UTC +04:00)
Dağlıq Qarabağ. Rəşad Süleymanov – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri avqustun 3-də saat 17.15-dən 17.25-dək və 20.25-dən 21.50-dək Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Çinari kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə və Koxa Nəbi, Ağdam kəndləri ərazisində yerləşən mövqelərini, saat 18.00-dan 18.20-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.45-dən 17.50-dək və avqustun 4-də saat 02.30-dan 03.10-dək ara-sıra Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən 01.10-dək və 04.30-dan 05.25-dək Tərtər rayonunun Qızıl Oba və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.30-dan 02.35-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR