Bank Of Baku

Müsavat Partiyasının Məclisində 29 yer hələ də boş qalıb

Müsavat Partiyasının Məclisində 29 yer hələ də boş qalıb
# 04 avqust 2008 08:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının Məclisində boş qalmış 29 yerə keçirilən seçkilər nəticəsiz bitib. Partiya Məclisinin Say Komissiyasının sədri Hüseyn Məlikovun APA-ya verdiyi məlumata görə, hazırda Məclisin 139 üzvü var və boş qalan yerlərə seçilmək üçün namizədlərin ən azı 70 səs toplaması tələb olunur. Lakin səslərin sayılması zamanı bəlli olub ki, 29 yerə namizədliyini irəli sürmüş 37 nəfərin heç biri bu baryeri aşa bilməyib. H. Məlikov qurumun növbəti iclaslarında yenidən seçkilərin keçiriləcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR